Rusiya XİN: Ukrayna ilə danışıqlar durğunluq mərhələsindədir - YENİLƏNİB

Rusiya XİN: Ukrayna ilə danışıqlar durğunluq mərhələsindədir - YENİLƏNİB
# 06 may 2022 13:34 (UTC +04:00)

Rusiya və Ukrayna arasında sülh danışıqları durğunluq vəziyyətindədir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

O vurğulayıb ki, NATO ölkələri hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı kimi çıxış edərək bunun qarşısını almaq üçün hər şeyi edirlər. "Ukraynaya silah tədarükü artır, onun miqyası milyardlarla dollar qiymətləndirilir. Təkcə Vaşinqton 3,8 milyard dollar dəyərində hərbi məhsul göndərib. Böyük Britaniya, Fransa, Kanada, Polşa və Baltikyanı ölkələr silah tədarükündə fəal iştirak edirlər

Bu, hərbi əməliyyatların uzanmasına, mülki infrastrukturun yeni dağıntılarına və mülki əhalinin itkisinə səbəb olur".

Zaytsevin sözlərinə görə, ukraynalı siyasətçilərin Moskva ilə danışıqlara getmək istəməmələri barədə bəyanatları ancaq Ukraynanın demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həyata keçirilməsinin vacibliyini təsdiqləyir.

***

12:54

Rusiya ilə Ukrayna arasında sülh danışıqları durğunluq mərhələsindədir.

APA TASS-a istinadən xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbərinin müavini Aleksey Zaytsev deyib.

“Rusiya-Ukrayna danışıqları durğunluq mərhələsindədir”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR