Rusiyada 13 nəfəri öldürən şəxs psixiatriya dispanserində qeydiyyatda imiş

Rusiyada 13 nəfəri öldürən şəxs psixiatriya dispanserində qeydiyyatda imiş
# 26 sentyabr 2022 15:13 (UTC +04:00)

İjevskdə məktəbdə 13 nəfəri öldürən Artyom Kazantsev əsəb-psixiatriya dispanserində qeydiyyatda olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında İjevskin 88 saylı orta məktəbində silahlı insident baş verib. Silahlı şəxs məktəbə daxil olaraq yeddisi məktəbli olmaqla 13 nəfəri öldürdükdən sonra özünü də qəsd edib. Hadisə nəticəsində 23 nəfərin yaralandığı bildirilib. Rusiya İstintaq Komitəsi hadisəni törədən şəxsin həmin məktəbin məzunu 34 yaşlı Artyom Kazantsev olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR