Rusiyada 2022-ci ildə doğum səviyyəsi 6 faizdən çox azalıb

Rusiyada 2022-ci ildə doğum səviyyəsi 6 faizdən çox azalıb
# 06 dekabr 2022 13:36 (UTC +04:00)

2022-ci ildə Rusiyada doğum səviyyəsi 6 faizdən çox azalıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, demoqrafiya sahəsində ekspertlər 2023-cü ildə Rusiyada doğum səviyyəsinin daha çox - 8-10% azalacağını proqnozlaşdırırlar.

Bunun səbəbinin 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində doğulan nəsildə insanların sayının az olması və qızların bir neçə uşaq dünyaya gətirmək istəməməsi ilə bağlı olduğu bildirilir.

Ekspertlər doğum səviyyəsinin azalmasının səbəbləri sırasında mənzil problemi və ailə gəlirlərinin az olması faktlarını da qeyd edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR