Rusiyanın Rostov vilayətində ağır qətl törədilib.
APA-nın TASS-a istinadla xəbərinə görə, mənzillərin birində odlu silahla qətlə yetirilmiş 4 nəfərin meyitləri aşkar edilib. Öldürülənlərdən biri uşaqdır. Evdə olan azyaşlı qız yaralansa da, sağ qala bilib. O, xəstəxanaya yerləşdirilib.
Hadisə yerində istintaq qrupu işləyir.