Rusiyada qəza xəbərdarlıq sisteminə qoşulmayan avtomobillərin istehsal müddəti artırılıb

Rusiyada qəza xəbərdarlıq sisteminə qoşulmayan avtomobillərin istehsal müddəti artırılıb
# 17 sentyabr 2022 23:27 (UTC +04:00)

Rusiyada avtomobil istehsalçılarına “ERA-QLONASS” sisteminə (avtomatlaşdırılmış qəza xəbərdarlıq sistemi) qoşulmayan avtomobillərin istehsal müddəti artırılıb.

APA xəbər verir ki, müvafiq qərar hökumətin rəsmi informasiya portalında yerləşdirilib.

Qeyd edək ki, ötən apreldə bu tip avtomobillərin avqustun birinədək istehsal edilməsinə icazə verilmişdi. İndi isə müddət növbəti dəfə artırılıb. Lakin hökumət bu müddəti 2023-cü ilin fevralından sonra uzatmamağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR