Rusiyanın bir çox regionunda səfərbərliyə qarşı etiraz aksiyaları keçirilir.
APA-nın məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, bir sıra regionlarda çox az sayda iştirakçı toplayan icazəsiz aksiya keçirmək cəhdlərinin qarşısı alınıb.
“Hazırda qanunları pozan şəxslər tutularaq məsuliyyətə cəlb olunmaq üçün polis bölmələrinə aparılıb", deyə Rusiya DİN-dən bildirib.