Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb - VİDEO - YENİLƏNİB

Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb - VİDEO - YENİLƏNİB
# 15 sentyabr 2019 01:01 (UTC +04:00)

Rusiyanın Yaroslavl vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayə 8-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, xəsarət alanların sayı isə 28 nəfərdir.

*****

14 sentyabr, saat 14:22

Rusiyanın Yaroslavl vilayətində xeyli insanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sentyabrın 14-də səhər saatlarında Yaroslavl-İvanovo yolunda sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Avtobusda ümumilikdə 30 nəfər olub. Ölənlər arasında avtobusun və yük avtomobilinin sürücüləri də var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin yük avtomobilinin qarşı yola çıxması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR