Rusiyada son sutka ərzində 48 mindən çox insan COVİD-19-a yoluxub

Rusiyada son sutka ərzində 48 mindən çox insan COVİD-19-a yoluxub
# 04 sentyabr 2022 12:09 (UTC +04:00)

Rusiyada son sutkada yeni növ koronavirusa (COVİD-19) 48 042 nəfər yoluxub.

APA-nın Moskva müxbirinin operativ qərargaha istinadən verdiyi məlumata görə, indiyədək koronavirusa yoluxanların sayı 19 milyon 729 min 423 nəfər olub.

Son sutka ərzində bu virusdan 87 nəfərin öldüyü bildirilib. Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 384 min 711 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR