Rusiyada terror planlaşdıran silahlı şəxslər öldürülüb

Rusiya FTX

© APA | Rusiya FTX

# 28 dekabr 2022 13:47 (UTC +04:00)

Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Rusiyanın Kabardin-Balkar Respublikasının Çegem şəhərində terror aktı hazırlayan iki silahlı şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən öldürülüb.

APA xəbər verir ki, bunu Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildiriblər.

Məlumatda həmçinin bildirilib ki, həmin şəxslər terror aktını törətdikdən sonra Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək üçün Ukraynaya getməyi planlaşdırıblar.

Atışma baş verən ərazidə 2 kq trotil ekvivalentində kustar üsulla hazırlanmış partlayıcı qurğu, 1 ədəd AK-74 avtomatı, PM tapançası və döyüş sursatı aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR