Rusiyada yol qəzasında 4 nəfər ölüb

 Rusiyada yol qəzasında 4 nəfər ölüb
# 08 oktyabr 2019 12:19 (UTC +04:00)

Rusiyada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saatlarında Voloqda vilayətində, Voloqda – Yeni Ladoqa yolunun 56-cı kilometrliyində qeydə alınıb.

“Renault Logan” markalı minik avtomobili yanacaq daşıyan avtomobillə toqquşub. Nəticədə minik avtomobilində olan 4 nəfərin hamısı ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR