Rusiyanın Belarusdakı səfiri dəyişib

Boris Qrızlov

© APA | Boris Qrızlov

# 14 yanvar 2022 17:02 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Belarusa yeni səfir təyin edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti fərman imzalayıb.

Fərmana əsasən Boris Qrızlov Rusiya Federasiyasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Prezidentin digər fərmanı ilə 2021-ci ilin martından Rusiyanın Minskdəki diplomatik missiyasına rəhbərlik edən Yevgeni Lukyanov geri çağırılıb.

Boris Qrızlov müxtəlif illərdə daxili işlər naziri, Dövlət Dumasının spikeri olub. Qrızlov son illərdə Şərqi Ukraynadakı vəziyyətin nizamlanması üzrə təmas qrupunda Rusiyanın səlahiyyətli nümayəndəsi, həmçinin “Vahid Rusiya” Ali Şurasının sədri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR