Səfirlik Ermənistandakı ABŞ vətəndaşlarına xəbərdarlıq edib

Səfirlik Ermənistandakı ABŞ vətəndaşlarına xəbərdarlıq edib
# 04 noyabr 2022 19:33 (UTC +04:00)

ABŞ-ın Ermənistandakı səfirliyi belə hesab edir ki, İrəvanda 5 noyabrda keçirilməsi gözlənilən mitinq zamanı qarşıdurmalar ola və gözlənilməz vəziyyət yarana bilər.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” səfirliyə istinadən məlumat yayıb.

Ermənistanın paytaxtı İrəvan şəhərində 5 noyabrda müxalif “Müqavimət” hərəkatının mitinq təşkil etməsi gözlənilir və bu səbəbdən də ABŞ-ın ölkədəki səfirliyi öz vətəndaşlarını bu mitinqdə iştirakdan çəkinməyə və insanların sıx toplaşdığı yerlərdən uzaq olmağa çağırıb.

“Hətta dinc keçirilməsi nəzərdə tutulan mitinqlər də qarşıdurmaya çevrilə bilər və bu səbəbdən sərt tədbirlərin tətbiqi gözlənilir. Mitinqin təşkil olunacağı əraziyə yaxınlaşmayın, yerli KİV-in xəbərlərini izləyin, insanların sıx toplaşdığı yerlərdən qaçın, etiraz aksiyasına qoşulmayın. Dostlarınızın və ailə üzvlərinizin təhlükəsizliyini təmin etmək üçün onları da xəbərdar edin”, – səfirlik vurğulayıb.

Xatırladaq ki, Fransa meydanında təşkil olunacaq mitinqin qondarma “DQR”-in suverenliyi və Ermənistanın ərazi bütövlüyünün guya Azərbaycan tərəfindən pozulmasına qarşı etiraz məqsədilə keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR