“Sephora” Rusiyadakı butikləri yerli təmsilçisinə verir

“Sephora” Rusiyadakı butikləri yerli təmsilçisinə verir
# 12 iyul 2022 08:45 (UTC +04:00)

Fransanın kosmetika sahəsində ixtisaslaşmış “Sephora” (LVMH) şirkəti Rusiyadakı butikləri yerli nümayəndəliyin direktoruna verməyə hazırlaşır.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, Rusiyada bu markaya məxsus 88 butik “Gözəllik adası” adı ilə fəaliyyət göstərəcək. Satış qiyməti yerli idarəetmə orqanları tərəfindən araşdırılır.

2016-cı ildən Rusiya bazarında fəaliyyət göstərən “Sephora”nın butiklərində 1200 nəfər işləyirdi. Rusiyaya qarşı sanksiyalardan sonra şirkət bu ölkəni tərk etməyə məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR