Şoyqu Ukraynada qabaqcıl silahlardan istifadə etməyi təklif edib

Şoyqu Ukraynada qabaqcıl silahlardan istifadə etməyi təklif edib
# 30 noyabr 2022 14:17 (UTC +04:00)

Yaradılan qabaqcıl silah sistemləri Ukraynada xüsusi hərbi əməliyyat çərçivəsində tətbiq edilməlidir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.

“Modernləşdirməni və perspektivli sistemlərin yaradılmasını xüsusi hərbi əməliyyat zamanı istifadə etməyi davam etdirmək lazımdır”, - deyə Rusiya MN başçısı vurğulayıb.

Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukrayna ilə müharibəyə başlayıb. Rəsmi Moskva Ukraynada apardığı müharibəni xüsusi hərbi əməliyyat adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR