Tokayev “Baykonur”dakı xüsusi nümayəndəsini vəzifəsindən azad edib

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 17 yanvar 2022 16:47 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Baykonur” kompleksindəki xüsusi nümayəndəsi Serik Süleymanovu vəzifəsindən azad edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Serik Süleymanovun yerinə həmin posta kimin təyin olunduğu hələlik elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR