Türkiyə Ermənistan aviaşirkətinə öz hava məkanından istifadəyə icazə verməyib

Türkiyə Ermənistan aviaşirkətinə öz hava məkanından istifadəyə icazə verməyib
# 05 may 2022 16:37 (UTC +04:00)

Türkiyə Ermənistanın “FlyOne Armenia” aviaşirkətinə uçuş üçün öz hava məkanından istifadəyə icazə verməyib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, qadağa ilə əlaqədar “FlyOne Armenia” şirkəti İrəvan-Lion və İrəvan-Paris-İrəvan reyslərini iyunun 10-na qədər ləğv edib.

Bununla belə, aviaşirkət İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməyə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR