Türkiyədəki zəlzələdə Rusiya vətəndaşı ölüb

Zəlzələ

© APA | Zəlzələ

# 07 fevral 2023 12:43 (UTC +04:00)

Türkiyədə baş vermiş zəlzələ nəticəsində Rusiya vətəndaşı ölüb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin diplomatik nümayəndəlik kanalları ilə əldə etdiyi məlumata görə, zəlzələ qurbanları arasında 1 nəfər Rusiya vətəndaşı var.

Xatırladaq ki, dünən Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7.7 bal gücündə zəlzələ baş verib. Ümumilikdə 300-ə yaxın yeraltı təkan ölkənin 10 vilayətində hiss olunub. Son məlumatlara görə, Türkiyədə 3 419 nəfərdən çox insan ölüb, 20 mindən çox insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR