Ukrayna ABŞ-dan tank əleyhinə raket kompleksləri alacaq

Ukrayna ABŞ-dan tank əleyhinə raket kompleksləri alacaq
# 14 sentyabr 2019 04:33 (UTC +04:00)

Ukrayna Müdafiə Nazirliyi 2019-cu ildə ABŞ-dan “Javelin” tank əleyhinə raket sistemləri əldə etməyi planlaşdırdığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə quruma istinadən “RİA Novosti” məlumat yayıb.

Sövdələşmənin ABŞ hökumətinin FMS proqramı (xarici qüvvələrə silah və hərbi texnikanın satılması proqramı) çərçivəsində həyata keçiriləcəyi bildirilir.

Məlum olduğu kimi, Ukrayna tərəfi komplekslər üçün raketlər də əldə edəcək.

Lakin əməliyyatın miqdarı və komplekslərin dəqiq sayı barədə məlumat açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR