XİN Qazaxıstanın Ukraynanın yeni səfirini qəbul etməməsi barədə məlumata münasibət bildirib

XİN Qazaxıstanın Ukraynanın yeni səfirini qəbul etməməsi barədə məlumata münasibət bildirib
# 23 may 2023 16:13 (UTC +04:00)

Qazaxıstan Xarici İşlər Nazirliyi Ukraynanın Luqansk hərbi administrasiyasının keçmiş rəhbəri Sergey Qaydayın Qazaxıstanda səfir kimi qəbul edilməməsi haqda Ukrayna KİV-də yayılan məlumatlara münasibət bildirib.

APA xəbər verir ki, bu barədə XİN mətbuat xidməti məlumat yayıb.

Nazirlik bildirib ki, Vyana Konvensiyasına əsasən, səfirlərin koordinasiyası bağlı qapılar arxasında həyata keçirilir və bu, ona görə edilir ki, səfiri qəbul edən ölkə səbəbləri izah etmədən təqdim edilmiş namizədə müsbət rəy verməkdən imtina edə bilsin:

“Bu qərarın verilməsini qeyri-dost hərəkət kimi qiymətləndirmək olmaz”,- deyə nazirlik əlavə edib.

Xatırladaq ki, Ukrayna mətbuatı öz mənbələrinə istinadən Sergey Qaydayı Ukrayna səfiri kimi qəbul etməkdən Qazaxıstan tərəfinin imtina etməsi barədə məlumat yaymışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR