Gürcüstanda 55 nümayişçi azadlığa buraxılıb

Gürcüstanda 55 nümayişçi azadlığa buraxılıb
  • Clock-gray 19:32
  • calendar-gray 25 İyun 2019

Gürcüstan Apellyasiya Məhkəməsi saxlanılan nümayişçilərdən 55 nəfərinin azadlığa buraxılmasına hökm verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə məhkəmənin hakimi Xatia Aradazaşvili keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, Tbilisi Apellyasiya Məhkəməsinin İnzibati Palatası saxlanılanlardan 61-nin şikayəti üzrə işə baxıb.  

"Məhkəmə saxlanılanların bəzi inzibati cəzalarını saxlayıb. Bəzi hallarda isə Tbilisi şəhər Məhkəməsinin inzibati qaydada həbs cəzaları ləğv edilib",-deyə X.Aradazaşvili bildirib. 

Apellyasiya Məhkəməsi ötən gün gecə keçirdiyi dinləmələrində 41 nəfərin azadlığa buraxılması haqqında qərar verib. Onlardan ikisinin günahsız olduğu təsdiqlənib.

Qeyd edək ki, iyunun 20-21-də Tbilisidə keçirilən nümayişlərdə həbs edilən 305 aksiyaçıdan 121-nə inzibati qaydada həbs cəzası verilib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date