Rusiya İstintaq Komitəsinin rəhbərinin müşaviri terror aktı törətməkdə şübhəli bilinir

Rusiya İstintaq Komitəsinin rəhbərinin müşaviri terror aktı törətməkdə şübhəli bilinir
  • Clock-gray 15:44
  • calendar-gray 13 İyun 2019

Rusiya İstintaq Komitəsinin rəhbərinin müşaviri Mixail Muzrayev terror aktı törətməkdə şübhəli bilinir.

APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Xəbərə əsasən Federal Təhlükəsizlik Xidməti general Mixail Muzrayevi Volqorad vilayətinin qubernatoru Andrey Boçarova sui-qəsdlə bağlı cinayət işi çərçivəsində terror aktına cəhddə təqsirləndirərək həbs edib və barəsində cinayət işi başladılıb. Onunla bərabər volqoqradlı biznesmen Vladimir Zubkov da cinayət işinə görə saxlanılıb. Onlar iyunun 11-də həbs olunaraq Moskvaya gətiriliblər. Barələrində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Məlahət Nəcəfova

Digər xəbərlər

Arxiv

date