Tbilisidə yol hərəkəti cərimələrinin tətbiqi iki dəfə artıb

Tbilisidə yol hərəkəti cərimələrinin tətbiqi iki dəfə artıb
# 14 avqust 2019 12:02 (UTC +04:00)

Bu ilin birinci yarısında Gürcüstan paytaxtında yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrdən əldə edilən büdcə gəlirləri iki dəfə artıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Bələdiyyəsinin büdcə hesabatında məlumat verilib.

Bildirilib ki, hesabat dövrü ərzində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin məbləği 18 mln. 910 min lari təşkil edib.

Hesabatda qeyd olunur ki, şəhər büdcəsinə cərimə və cəzalardan ümumilikdə 27 mln 851.3 min lari daxil olub ki, bu mövcud planın 139.3 faiz icra edildiyini göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR