İTV Avropa Yayım İttifaqına cərimə ödəyib

İTV Avropa Yayım İttifaqına cərimə ödəyib
# 08 oktyabr 2008 16:08 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) musiqi, bədii və əyləncəli verilişlər departamentinin müdiri Füzuli İsmayılov deyb. 2008-ci ildə Azərbaycanın “Eurovision” mahnı və “Eurovision” rəqs müsabiqələrinə ilk dəfə qatıldığını xatırladan F. İsmayılov bu yarışmalarda ilk dəfə çıxış etməsinə baxmayaraq, Azərbaycanın yüksək hazırlığı ilə dünya ictimaiyyətinin diqqətini cəlb edə bildiyini vurğulayıb: “Azərbaycan “Junior Eurovision” müsabiqəsinə də qatılmaq fikrində idi, amma bunun üçün böyük səhnədə özünü tam sərbəst hiss edəcək, milyonlarla tamaşaçının diqqətini cəlb edə biləcək uşaq və ya uşaqlardan ibarət qrup tələb olunurdu. Əlbəttə, Azərbaycanda bu standartlara cavab verən uşaqlar var, sadəcə, onları belə məsuliyyətli çıxışa hazırlamaq lazım idi. Əslində bu məsuliyyətli iş bizdən daha çox bilavasitə aidiyyəti qurumlardan asılıdır. Yaddan çıxarmayaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayım İttifaqının üzvüdür və bütün “Eurovision” tədbirlərinin ilk yayımçısıdır. Bu, kampaniya xarakterli iş deyil”.

F. İsmayılov dünya səviyyəli yarışmaya layiqli hazırlaşmaq üçün bir qurumun kifayət etmədiyini bildirib: “Namizədlər müvafiq orqanlar tərəfindən təqdim edilməlidir. Məsələn, “Eurovision” rəqs müsabiqəsində Azərbaycanı təmsil edən Anna Sajina və Eldar Cəfərov cütlüyü Azərbaycan İdman Rəqsləri Federasiyası tərəfindən təqdim olunmuşdu. İTV “Eurovision” uşaq müsabiqəsində iştirak üçün tələb olunan ərizəni və iştirak xərclərini təqdim etmişdi. Yəni müsabiqədən imtina etmək marağında deyildik. Amma istedadlı uşaq axtarışında heç bir kömək və məsləhət olmadığından əvvəlki iki parlaq çıxışı kölgəyə salmamaq üçün bu müsabiqədən imtina etməli olduq. Buna görə də Avropa Yayım İttifaqına cərimə ödədik”.

F. İsmayılov hesab edir ki, gələn il keçiriləcək “Eurovision” müsabiqələrinin hazırlığına indidən başlamaq lazımdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR