“Nizami” kinoteatrının əsaslı təmiri ilə bağlı keçirilən tenderin qalibinin adı açıqlanacaq

“Nizami” kinoteatrının əsaslı təmiri ilə bağlı keçirilən tenderin qalibinin adı açıqlanacaq
# 10 oktyabr 2008 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yaxın günlərdə “Nizami” kinoteatrının əsaslı təmiri ilə bağlı keçirilən tenderin qalibinin adı açıqlanacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Hazırda Maliyyə Nazirliyindən cavab gözlədiklərini bildirən nazir, tenderin nəticələri elan olunduqdan dərhal sonra əsaslı təmirin başlanacağını söyləyib: “Əsaslı təmirdən sonra burada tək kinoteatr deyil, kinoteatr şəbəkəsi fəaliyyət göstərəcək. Bu da paytaxtımızda kino sahəsi ilə bağlı beynəlxalq tədbirlərin keçirilməsinə imkan yaradacaq”.

Ə. Qarayev Dövlət Film Fondunun binasında tamamlanma işləri aparıldığını və yeni binanın bu ilin sonuna kimi təhvil veriləcəyini açıqlayıb: “Növbəti il üçün əsas məqsəd Dövlət Film Fondunun müasir avandanlıqlarla təchiz olunmasıdır. Bu gün kino istehsalatından müəyyən qədər razı olsaq da, kino nümayişində çox böyük çətinliklər mövcuddur”.

Nazir Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının binasında əsaslı təmir işlərinin ləng getməsindən şikayətlənib: “Bu işləri intensivləşdirməli və bacardığımız qədər tez həyata keçirməliyik. Çünki ləng gedən hər bir iş kinomuzun inkişafına mane olur”.

Ə. Qarayev Heydər Əliyev Sarayında təmirin bitdiyini və hazırda binanın avadanlıqlarının müasirləşdirilməsinə başlanıldığını vurğuylayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR