Fikrət Əmirovun fotoşəkillərindən ibarət sərgi açılacaq

Fikrət Əmirovun fotoşəkillərindən ibarət sərgi açılacaq
# 20 oktyabr 2008 13:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Görkəmli bəstəkar Fikrət Əmirovun fotoşəkillərindən ibarət sərgi açılacaq. APA-nın məlumatına görə, sərgidə bir neçə ay əvvəl F. Əmirovun Kanada vətəndaşının şəxsi arxivindən Dövlət Film Fonduna təqdim edilmiş fotoşəkilləri nümayiş olunacaq. Dövlət Film Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbirdə görkəmli bəstəkarın Kino-Foto Sənədlər Arxivində yer alan fotoları da tədbir iştirakçılarının ixtiyarına veriləcək. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, sərgi oktyabrın 23-də Muzey Mərkəzində baş tutacaq. Tədbirdə sərginin nümayişi ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimlərinin F. Əmirovun həyat və yaradıcılığı haqqında çıxışları da nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR