Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
# 22 oktyabr 2008 16:49 (UTC +04:00)
Bakı-Ülkər Qasımova-APA. Bu gün Dövlət Musiqili Komediya Teatrında Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Belarusun mədəniyyət nazirinin müavini Vladimir Qridyuşko çıxış ediblər.
V. Qridyuşko Azərbaycanda yüksək səviyyədə qarşılandıqlarına görə, təşəkkürünü bildirib. Tədbir Belarus incəsənət xadimlərinin konsert proqramı ilə davam etdirilib. Proqramda Belarus Dövlət Rəqs Ansamblının, Belarus Dövlət Filarmoniyası kollektivlərinin çıxışları olub. Nümayəndə heyətində təmsil olunan azərbaycanlı müğənni Günəş Abbasova “Şərq qızı”, “Ayrılıq” mahnılarını ifa edib.
Qeyd edək ki, Belarus Mədəniyyəti Günləri çərçivəsində sabah Sumqayıt şəhərində konsert proqramı təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR