Arif Məlikovun anadan olmasının 75 illiyi münasibətilə musiqi festivalı keçiriləcək

Arif Məlikovun anadan olmasının 75 illiyi münasibətilə musiqi festivalı keçiriləcək
# 29 oktyabr 2008 15:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Məşhur Azərbaycan bəstəkarı Arif Məlikovun anadan olmasının 75 illiyi münasibətilə musiqi festivalı keçiriləcək. A. Məlikovun APA-ya verdiyi məlumata görə, festival noyabrın 19-dan 29-na qədər Bakıda təşkil olunacaq. Tədbir çərçivəsində Sankt-Peterburqun Mariinsk teatrının kollektivi Bakıya qastrol səfərinə gələcək və azərbaycanlı tamaşaçılara A. Məlikovun iki əsərini təqdim edəcək. Teatrın repertuarında A. Məlikovun müəllifi olduğu “Məhəbbət əfsanəsi” baleti də olacaq. Bəstəkar bu əsərin dünyanın 60-dan çox teatrında tamaşaya qoyulduğunu bildirib: “Azərbaycanda bu əsər hələ oynanılmayıb. Əsərin Bakı tamaşaçılarına təqdim olunması Azərbaycan hökumətinin mənə hədiyyəsidir. Ad günümlə bağlı bütün tədbirlər Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək və mən öz sənətimi həmvətənlərimə növbəti dəfə təqdim edəcəyəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR