Alim Qasımov Qətərdə konsert verəcək

Alim Qasımov Qətərdə konsert verəcək
# 05 noyabr 2008 09:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Alim Qasımov Qətərə gedəcək. Xanəndənin ailəsindən APA-ya bildirilib ki, noyabrın 20-dən 25-dək davam edəcək səfər çərçivəsində A. Qasımov və qızı Fərqanə “Leyli və Məcnun” layihəsi ilə çıxış edəcəklər. “İpək Yolu” ansamblının iştirakı ilə keçiriləcək konsertdə xanəndələri musiqiçilər Rauf İslamov və Ələsgər Məmmədov müşayiət edəcəklər. Dekabrda isə Alim və Fərqanə Qasımovalar İranda konsert verəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR