Gənc dirijor Əyyub Quliyev Yunanıstanda keçirilən beynəlxalq müsabiqənin xüsusi mükafatına layiq görülüb

Gənc dirijor Əyyub Quliyev Yunanıstanda keçirilən beynəlxalq müsabiqənin xüsusi mükafatına layiq görülüb
# 12 noyabr 2008 11:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Beynəlxalq müsabiqələr laureatı, gənc dirijor Əyyub Quliyev Yunanıstanın paytaxtı Afinada keçirilən Dimitrios Mitropulos adına dirijorların XII beynəlxalq müsabiqəsinin xüsusi mükafatına layiq görülüb. Ə. Quliyev APA-ya açıqlamasında müsabiqənin Yunanıstanın Mədəniyyət Nazirliyi və “Colours” Simfonik Orkestrinin təşkilatçılığı ilə keçirildiyini deyib. Müsabiqədə iştirak etmək üçün 44 ölkədən 171 dirijor müraciət edib. Onlardan yalnız 15 nəfəri I tura keçib. Münsiflər heyətinə tanınmış dirijor Arturo Tamayo rəhbərlik edib. Müsabiqənin nəticələrinə əsasən Böyük Britaniya, Almaniya, Sinqapur və Azərbaycandan olan 4 dirijor müsabiqənin laureatı adına layiq görülüblər. Bundan başqa, “Colours” Simfonik Orkestri üzvlərinin gizli səsverməsi nəticəsində Əyyub Quliyevə “Orchestra Preference Award” mükafatı verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR