MDB ölkələrinin vahid elektron kitabxanası yaradılacaq

MDB ölkələrinin vahid elektron kitabxanası yaradılacaq
# 18 noyabr 2008 08:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakıda “Avrasiya kitabxanalar Assambleyası” Qeyri-Kommersiya Əməkdaşlıq Təşkilatının (BAE) X ümumi iclası keçirilir. APA-nın məlumatına görə, 11 ölkənin nümayəndələrinin qatıldığı tədbirin əsas məqsədi MDB ölkələrinin vahid elektron kitabxanasının və elektron kataloqunun yaradılmasıdır. M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirovun verdiyi məlumata görə, BAE-yə daxil olan ölkələrin milli kitabxanalarındakı mədəniyyət, incəsənət və turizmlə bağlı olan məlumatlar toplu şəklində vahid informasiya mənbəyi kimi istifadə ediləcək. İclasda BAE-nin digər beynəlxalq kitabxana qurumları ilə əməkdaşlığı da müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR