ABŞ Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu ilə əməkdaşlıq etmək istəyir

ABŞ Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu ilə əməkdaşlıq etmək istəyir
# 19 iyun 2008 11:08 (UTC +04:00)
APA-nın məlumatına görə, Q. Ameri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla və Əlyazmalar İnstitutunun rəhbərliyi ilə görüş keçirib. Qonaq institutda saxlanılan və fars dilində olan qədim əlyazmalara xüsusi diqqət yetirib. O, Dövlət Departamentinin AMEA-nın Əlyazmalar İnstitutu ilə əməkdaşlıqda və bu instituta dəstək verməkdə maraqlı olduğunu bildirib. Q. Ameri 2001-ci ildə ABŞ Konqresinin mədəni irsin qorunması üzrə fond yaradılması ilə bağlı qərar qəbul etdiyini və bu fonda 135-dən çox dövlətin müraciət etdiyini söyləyib. Azərbaycan fonda iki dəfə müraciət edib və Qala məscidinin bərpası, həmçinin alban abidələrinin mühafizəsi üçün yardım alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR