İçərişəhərdə yerləşən tikililər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilib

İçərişəhərdə yerləşən tikililər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilib
# 19 iyun 2008 15:25 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Nazirlər Kabineti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən abidələr və dövlət mülkiyyətində olan, o cümlədən dövlət yaşayış və qeyri-yaşayış fonduna daxil olan tikililərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilməsi ilə bağlı qərar qəbul edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, ərazidə yerləşən və qərarda göstərilən siyahıda yer alan tikililər müvafiq qurumların balansından çıxarılır. Siyahıda “Azərxalça” Elmi İstehsalat Birliyinin yerləşdiyi binanın qeyri-yaşayış hissəsi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yerləşdiyi qeyri-yaşayış binası, AMEA-nın Milli Folklor İnstitutunun yerləşdiyi qeyri-yaşayış binası, Mədəniyyət və Turizm Nazirliyinin muzey əşyalarının bərpa mərkəzinin yerləşdiyi “Bəylər” məscidi, Bakı şəhər Mədəniyyət İdarəsinin yerləşdiyi qeyri-yaşayış binası, “Muğam” Teatrının yerləşdiyi ikimərtəbəli karvansara və s. tikililər yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR