“Bu günə qədər Mədəniyyət komitəsində 300-ə yaxın ziyalının müraciəti əsasında onların qəbulu həyata keçirilib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Qənirə Paşayeva deyib.
O bildirib ki, edilən müraciətlərin müsbət cavablandırılması üçün çalışılır: “Bizə edilən heç bir müraciət geri çevrilməyəcək”.