Yalçın Rzazadənin oğlu: "Atamın son arzusu övladlarını yanında görmək idi"

Yalçın Rzazadənin oğlu: "Atamın son arzusu övladlarını yanında görmək idi"
  • Clock-gray 10:55
  • calendar-gray 23 Fevral 2021

“Atamın son sözləri bu oldu: "Üç oğlunu da öz yanında görmək nə böyük xoşbəxtlikdir"". 

Bunu APA-ya açıqlamasında Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə deyib. 

O bildirib ki, atasının son arzusu övladlarını yanında görmək idi: "Atamın mədəsində problem vardı. Son bir ilə yaxın Türkiyədə müalicə olundu. Bu müalicə ölkə Prezidentinin, Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın dəstəyi ilə baş tutdu. Atamın son illərini bizə onlar bəxş etdilər. Ailəmiz adından onlara təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, Yalçın Rzazadə uzun sürən xəstəlikdən sonra dünən axşam saatlarında vəfat edib.

 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər