Adil Kərimli: 30 illik işğal dövründə Azərbaycan xalqına və etnik azlıqlara məxsus mədəni irs nümunələri, tarixi abidələr dağıdılıb

Adil Kərimli: 30 illik işğal dövründə Azərbaycan xalqına və etnik azlıqlara məxsus mədəni irs nümunələri, tarixi abidələr dağıdılıb
# 03 iyun 2023 12:04 (UTC +04:00)

Bu gün Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, konfransda mədəniyyət naziri Adil Kərimli ölkəmizdə multikulturalizmin qorunmasından danışıb: "Azərbaycanda etnik qrupların mədəni irsinin qorunması ilə yanaşı, ölkəmizdə fərqli dinlərə mənsub olan insanların dini inanc və abidələrinin qorunub saxlanılması da dövlətimizin multikulturalizm və tolerantlıq siyasətinin əsasını təşkil edir", - nazir qeyd edib.

Adil Kərimli ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanları dini ibadət yerləri olan məscidlərlə yanaşı, Qafqaz Albaniyası dövrünə aid qədim kilsələr, pravoslav, katolik və lüteran məbədləri, sinaqoqlar Azərbaycan mədəni irsinin tərkib hissəsi kimi qorunur və bərpa edildiyini vurğulayıb.

"Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunduğu halda, İrəvanda Azərbaycan tarixi-mədəni irsi tamamilə məhv edilib və ya özgəninkiləşdirilib. Torpaqlarımızın 30 illik işğalı dövründə Ermənistan silahlı qüvvələri və vandalları tərəfindən Azərbaycan xalqına, o cümlədən etnik azlıqlara məxsus mədəni irs nümunələri, tarixi abidələr, mədəniyyət müəssisələri, muzeylər qarət edilmiş, dağıdılıb, təhqir edilib", - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR