Çingiz Fərzəliyevə Fransanın İncəsənət və Filologiya Kavaleri ordeni təqdim edilib

Çingiz Fərzəliyevə Fransanın İncəsənət və Filologiya Kavaleri ordeni təqdim edilib
  • Clock-gray 18:40
  • calendar-gray 10 Oktyabr 2019

Bu gün Fransa səfirliyində Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə Fransanın İncəsənət və Filologiya Kavaleri ordeninin təqdim edilməsi mərasimi keçirilib.

APA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros qeyd edib ki, 2012-ci ildə Bakıda təşkil olunmuş Fransa inciləri sərgisinin keçirilməsi, 2017-ci ildə İncəsənət Muzeyində Fransa mədəniyyətinin incilərinin nümayiş olunması, bu yay isə Fransa-Azərbaycan birgə arxeoloji qazıntılarının 10 illiyinə həsr olunmuş sərginin keçirilməsi Çingiz Fərzəliyevin Fransa-Azərbaycan mədəni əlaqələrinə verdiyi töhfələrdir. 

"İncəsənət və Filologiya Kavaleri ordeni bədii, ədəbi sahədə incəsənətə və ədəbiyyata töhfələr verən şəxslərə verilir. Bu ordenin verilməsi sizə göstərdiyimiz hörmətin göstəricisidir", - deyə səfir bildirib.

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev hər bir ölkənin ümumbəşəri sivilizasiyaya töhfəsi olduğunu vurğulayaraq, Fransanın dünya mədəniyyətinə verdiyi töhfələri xüsusi qeyd edib: "Fransa kimi ölkənin milli ordenini almaq böyük şərəfdir. Fransa və Azərbaycan arasında mədəni əlaqələri yaratmaq və inkişaf etdirməkdən məmnunam".

İlkin Cəlilov

Digər xəbərlər

Arxiv

date