Cüneyt Arkın vəfat edib - VİDEO

Cüneyt Arkın vəfat edib - VİDEO
# 28 iyun 2022 09:47 (UTC +04:00)

Türkiyəli aktyor Cüneyt Arkın 85 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Əsl adı Fəxrəddin Cüreklibatır olan Cüneyt Arkın 1937-ci ildə Əskişəhərdə anadan olub.

İlk dəfə 1963-cü ildə kinoya çəkilən Cüneyt Arkın indiyə kimi 500-dən çox filmdə rol alıb.

Onun ən məşhur filmləri arasında “Malkoçoğlu”, “Battal Qazi”, “Vətəndaş Rza”, “Mədən”, “Yaralı qurd” və başqa ekran işlərinin adını çəkmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR