Mədəniyyət naziri Anar Kərimov ölkədəki iki kino ittifaqının birləşdirilməsi məsələsinə münasibət bildirib.
APA xəbər verir ki, bu barədə nazir jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ictimai birliklərdir: “Biz onların fəaliyyətinə qarışmaq istəmirik, sadəcə dəstək göstəririk. Bu ictimai birliklərin birləşməsi məsələsi onların özündən asılıdır".