Nizaminin 156 əlyazmasının digital variantı təqdim edilib - FOTO

Nizaminin 156 əlyazmasının digital variantı təqdim edilib - FOTO
# 10 yanvar 2023 15:03 (UTC +04:00)

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Böyük Azərbaycan şairi Nizami Gəncəvinin qəzəllərinin yer aldığı ilk əlyazma olduğu ehtimal edilən "Şeirlər məcmuəsi"nin (Tehran, 1295-ci il) Milli Kitabxana tərəfindən əldə olunmuş digital variantının və Milli Kitabxananın fondu üçün nəşr olunan nüsxəsinin, habelə tərtibat baxımından unikal hesab olunan Nizaminin "Xosrov və Şirin" poemasının və digər əlyazmalarının (cəmi 156 əlyazma) təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi "Milli-mənəvi sərvətlərimizin Vətənə qayıdışı" layihəsi çərçivəsində dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 156 nadir əlyazmasının digital nüsxələrinin ölkəmizə gətirilməsini təmin edilib. Bu qiymətli əlyazmaların 30 nüsxəsi hər biri 1 nüsxə olmaqla nəfis şəkildə çap olunaraq "Nadir kitablar fondu”na daxil olunub.

Araşdırma zamanı onların arasında dahi Nizaminin şeirlərinin də yer aldığı 1295-ci ildə köçürülən və böyük şairin ən qədim əlyazması olduğu ehtimal edilən nüsxənin olduğu və 1312-ci ildə köçürülmüş ən qədim "Xəmsə" əlyazması da aşkar edilib.

Çıxış edənlər Nizami Gəncəvi yaradıcılığının zənginliyi barədə geniş məlumat veriblər.

Həmçinin tədbir zamanı "Nizami Gəncəvinin əlyazmaları dünya kitabxanalarında" adlı elektron məlumat bazası da iştirakçılara təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR