TDT iyunda Şuşada genişmiqyaslı biznes tədbiri keçirəcək

TDT iyunda Şuşada genişmiqyaslı biznes tədbiri keçirəcək
# 19 may 2022 14:38 (UTC +04:00)

"Şuşada iyun ayında genişmiqyaslı biznes tədbiri keçirməyi planlaşdırmışıq".

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, biznes tədbirin məqsədi Şuşadakı abidələrin bərpasına diqqəti çəkməkdir: "Məqsəd Şuşadakı tarixi və mədəni abidələrin bərpasına diqqəti çəkmək və ona nail olmaqdır".

Baş katib Qarabağ zəfərini türk dünyasının zəfəri adlandırıb: "Sözsüz ki, Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR