Rövşən Məmmədov: “Azərbaycanda hərbi jurnalistikanın inkişafı istiqamətində ciddi addımlar atılmalıdır”

Rövşən Məmmədov: “Azərbaycanda hərbi jurnalistikanın inkişafı istiqamətində ciddi addımlar atılmalıdır”
# 25 dekabr 2020 11:37 (UTC +04:00)

“İşğaldan azad edilmiş bölgələrdə bürolarımızın yaradılması üçün müraciət etmişik”.

APA-nın məlumatına görə, bunu mətbuat konfransında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.

O bildirib ki, Azərbaycan Televiziyası üçün b, ideoloji məsələdi: “Lakin indiki halda bu, tam mümkün deyil, çünki ərazi hələ minalardan tam təmizlənməyib. Ona görə də hələ ki, çəkilişlər etməklə kifayətlənirik. Nə zaman icazə verilsə, o zaman biz mütləq öz büromuzu yaradacağıq”.

R.Məmmədov 44 günlük Vətən Müharibəsi çərçivəsində uğurları ilə birlikdə çatışmayan cəhətlərinin üzə çıxdığını da vurğulayıb: “Bu gün Azərbaycanda hərbi jurnalistikanın inkişafı istiqamətində ciddi addımlar atılmalıdır. Bununla bağlı proqram hazırlamışıq. Düşünürəm ki, bizim əsas strateji xətlərimizdən biri hərbi jurnalistikanın inkişaf etdirilməsi olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR