Martın 21-də Türkiyə telekanallarında Novruz bayramı tədbirləri yayımlanacaq

“TRT-INT”, “TRT-TÜRK” və “TRT-GAP” kanallarında Bakı vaxtı ilə saat 09:00-da, TRT-1-də 12:00-da bir çox ölkələrdə Novruz bayramı münasibəti ilə keçiriləcək tədbirlər yayımlanacaq. TRT-nin Bakı təmsilçiliyindən APA-ya bildirilib ki, “Novruz Özəl-2007” adlı proqram martın 21-də 4 kanalda nümayiş olunacaq. Proqramda Azərbaycan, Özbəkistan və Türkmənistandan gələn sənətçilər də çıxış edəcək. Bununla yanaşı, bayram proqramında Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tatarıstan və Qaqauz rəqqaslarının da çıxışları olacaq. Proqram 7 saat davam edəcək. /APA/
Media

MEDİA çap və onlayn mətbuat üçün müsabiqə elan edib
