Mil-Muğan bölgəsində “Space” TV-nin yayımlanması məhdudlaşdırılıb

Mil-Muğan bölgəsində “Space” TV-nin yayımlanması məhdudlaşdırılıb
# 15 may 2007 09:00 (UTC +04:00)
Mil-Muğan bölgəsində “Space” telekanalının yayımlanması gecə saat 00:00-dan səhər saat 9:00-a qədər dayandırılır. Əli Bayramlı Radioyayım Mərkəzindən APA-nın Mil-Muğan bürosuna bildirilib ki, “Space” TV-nin bu saatlarda yayımlanmamasına səbəb teleşirkətin enerji borcunu ödəməməsidir. Bununla əlaqədar Teleradioyayım İstehsalat Birliyinin mərkəzi teleradio müəssisəsinin göstərişi əsasında “Space” TV-nin bölgəyə translyasiyası yuxarıda göstərilən saatlarda dayandırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR