“Bakı Xəbər” qəzetinin bütün maliyyə hesablarına həbs qoyulub

“Bakı Xəbər” qəzetinin bütün maliyyə hesablarına həbs qoyulub
# 23 may 2007 15:04 (UTC +04:00)
Bu gündən etibarən isə müxtəlif yayım firmaları “Bakı Xəbər”in satışdan gələn maliyyə vəsaitlərini qəzetə ödəməkdən imtina ediblər. Onlar bunu məhkəmə qərarı ilə əlaqələndiriblər. Bu barədə APA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev məlumat verib. Baş redaktorun bildirdiyinə görə, Apelyasiya Məhkəməsinin hakimi Qurban Abbasovun bu ilin 9 fevralında Səbayel Rayon Məhkəməsinin 2005-ci il dekabrın 5-də qəzetin 20 milyon köhnə manat (dörd min yeni manat) cəriməni hissə-hissə ödəməsinə dair qərarını ləğv edib. Bir neçə gün öncə isə qərar icraya yönəldilib və bununla da qəzetin bütün maliyyə hesablarına həbs qoyulub.
A. Quliyev bildirib ki, qəzetin çap taleyi ilə bağlı qəti qərar yaxın günlərdə kollektivlə birlikdə veriləcək.
Qeyd edək ki, son ayda Azərbaycan Nəşriyyatı da qəzetin borcunu ödəməsini tələb edib ki, bu da nəşrin fəaliyyətində problemlər yaradıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR