Jurnalistlərin iyunun 23-nə təyin edilən yürüş-mitinqi təxirə salınıb

Jurnalistlərin iyunun 23-nə təyin edilən yürüş-mitinqi təxirə salınıb
# 22 iyun 2007 14:16 (UTC +04:00)
Redaktorlar Birliyi iyunun 23-nə təyin etdiyi yürüş-mitinqi təxirə salıb. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlunun APA-ya verdiyi məlumata görə, buna səbəb Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) aksiyanın təyin olunduğu yerdə keçirilməsinə icazə verməməsidir. Ş. Çobanoğlu artıq ikinci dəfədir ki, Nizami rayonu ərazisində mitinq keçirmək üçün müraciət etdiklərini, amma şəhər rəhbərliyinin hər iki aksiyanın Ukrayna meydanında keçirilməsini məsləhət gördüyünü deyib: “Biz bu cavabları aksiyalara icazə verilməməsi kimi qiymətləndiririk. Buna görə də Bakı şəhər İcra Hakimiyyətinin qərarı qeyri-qanunidir və bu qərardan məhkəməyə müraciət etmişik”. Ş. Çobanoğlu bildirib ki, Redaktorlar Birliyinin gələn həftə keçiriləcək iclasında növbəti aksiyalarla bağlı qərar qəbul olunacaq. O, elan olunmamış aksiyaların keçirilməsini istisna etməyib.
Redaktorların bugünkü iclasında həmçinin iyunun 29-da medianın durumu ilə bağlı forumun keçirilməsi qərara alınıb. Forumda ayrı-ayrı KİV rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR