MEDİA: İşlədiyi media qurumu Reyestrə daxil edilməyənlər jurnalist vəsiqəsi ala bilməyəcək

Səidə Şəfiyeva

© APA | Səidə Şəfiyeva

# 14 oktyabr 2022 15:23 (UTC +04:00)

“Jurnalistlərin işlədikləri və ya əməkdaşlıq etdikləri media subyekti Media Reyestrinə daxil edilməyibsə, jurnalist vəsiqəsi ala bilməyəcək”.

Bunu APA-ya açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib.

“Həmkarlarımızdan xahiş olunur ki, jurnalist vəsiqəsi üçün müraciət etməzdən əvvəl işlədikləri və ya əməkdaşlıq etdikləri media subyektinin Media Reyestrinə daxil edilmiş olduğunu dəqiqləşdirsinlər”, - Səidə Şəfiyeva qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR