MEDİA: Jurnalistlərin ştat vahidi adlarına görə reyestrə düşməsi problemi aradan qaldırılıb

MEDİA: Jurnalistlərin ştat vahidi adlarına görə reyestrə düşməsi problemi aradan qaldırılıb
# 06 fevral 2023 15:49 (UTC +04:00)

Media subyektlərində bir sıra ştatlarda fəaliyyət göstərənlərin jurnalist hesab edilib-edilməməsi ilə bağlı mübahisəli məqam həllini tapıb.

APA xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyəti və MEDİA Agentliyi rəhbərliyinin iştirakı ilə Mətbuat Şurasında keçirilən toplantıda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, bəzi ştat vahidlərində fəaliyyət göstərənlərin jurnalist hesab edilməməsi ilə bağlı problem media subyektlərinin ştat vahidlərinin adını düzgün qeyd etməmələrindən irəli gəlir:

“Bu barədə nazir Sahil Babayevə müraciət etdik və dərhal reaksiya aldıq. Nazir və komandasının çevik fəaliyyəti nəticəsində bu problemi həll etməyə nail olduq”.

Əhməd İsmayılov qeyd edib ki, mətbuat xidməti əməkdaşları da jurnalist hesab edilmirlər:

“Jurnalist hazırda sırf jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər hesab olunurlar. Buna görə media reyestrindən ancaq faktiki olaraq bu istiqamətdə fəaliyyət göstərənlər keçə bilərlər”.

Əhməd İsmayılov qeyd edib ki, artıq redaksiyalardakı redaktorlar və şöbə müdirləri də Media Reyestrində jurnalist kimi qeydiyyata alınacaqlar.

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR