Radioların monitorinqi başa çatıb

Radioların monitorinqi başa çatıb
# 24 dekabr 2021 13:06 (UTC +04:00)

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən Azərbaycanda fəaliyyət göstərən radioların monitorinqləri başa çatıb. Hazırda məlumatların emalı prosesi gedir”.

Bunu APA-ya Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.

O bildirib ki, bundan sonra radioların hesabatı hazırlanacaq: “Radiolarda fərq hiss olunur, aparıcılar əvvəlki vaxta nisbətən işə daha məsuliyyətli yanaşıblar. Səhvlər demək olar ki, azdır. Təəssüfedici məqam odur ki, radio verilişlərində danışıqlar götürülüb, daha çox musiqi səslənir. Verilişlərin formatı dəyişib. Nitqlərində qüsur olan aparıcıların səhvlərini düzəltməsi məni sevindir. Özləri də efirdə qeyd edirlər ki, Monitorinq Mərkəzinin əməkdaşları bizi izləyir. Bu, artıq məsuliyyətdən xəbər verən məsələdir”.

S. Əliyeva qeyd edib ki, növbəti mərhələdə reklamların monitorinqinə başlanılacaq: “Reklam Agentliyində olan mətnlərin arxivinin bizə təqim olunması barədə agentliyə məktub ünvanlamışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR