TV və saytlarda çalışan texniki heyət Media Reyestrinə salınmayacaq

TV və saytlarda çalışan texniki heyət Media Reyestrinə salınmayacaq
# 14 oktyabr 2022 17:40 (UTC +04:00)

“Telekanallarda və ya saytlarda çalışan texniki heyət üzvlərinin Media Reyestrində qeydiyyatdan keçməsi nəzərdən tutulmayıb”.

APA xəbər verir ki, bunu MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

O bildirib ki, “Media haqqında” qanunda texniki heyət jurnalist anlayışı ilə əhatə olunmayıb: “Ona görə də onlar Media Reyestrinə daxil ola bilməyəcək. Buna baxmayaraq, onların fəaliyyətində hər hansı məhdudiyyət olmayacaq”.

Səidə Şəfiyeva həmçinin diqqətə çatdırıb ki, əgər Media Reyestrinə daxil olaraq jurnalist vəsiqəsi alan şəxsin işinə xitam verilərsə, o, jurnalist vəsiqəsini çalışdığı media subyektinə təhvil verməlidir: “Bundan sonra isə media subyekti həmin vəsiqəni Agentliyə təqdim etməlidir. Jurnalist başqa media subyektində rəsmi qaydada işə düzəldikdən sonra yeni jurnalist vəsiqəsi üçün Agentliyə müraciət edə bilər".

Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova əlavə edib ki, Agentlik fəaliyyəti çərçivəsində texniki heyətin inkişafı üçün təlimlər həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR