Azərbaycan Prezidenti: Azad olunmuş torpaqların minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir

Azərbaycan Prezidenti: Azad olunmuş torpaqların minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir
# 26 may 2023 10:25 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.

APA xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin adından Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Prezident müraciətində bildirib ki, konfransın mövzusu Azərbaycan və bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir: "Ermənistanın 30 ilə yaxın işğalı nəticəsində Azərbaycan bu gün minalarla ən çox çirklənən ölkələr arasındadır".

Azərbaycan Prezidentinin müraciətində qeyd edilib ki, azad olunmuş torpaqların minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR